image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

QACAR SARAYINDA AVROPA DƏBİ

26 Fevral, 2016 | Müəllif: admin
image 1

XIX əsrin ikinci yarısından başlayaraq, Qacar dövlətində Avropa və Qərb mədəniyyətinin təsiri duyulmağa başlayır.

1873-cü, 1878-ci və 1889-cu illərdə Nəsrəddin şah Avropa ölkələrinə, o cümlədən Rusiyaya səyahət edir və bu səyahətlər haqqında kitab yazır. Onun bu kitabı ingilis dilinə tərcümə olunaraq, 1874 ildə Londonda nəşr edilir. Rus dilində isə onun "Nəsrəddin şahın Mazandarana səyahəti. Şah Həzrətlərinin gündəliyi" kitabı işıq üzü görür («Путешествие шаха Наср-Эддина по Мазандерану. Собственный его величества дневник», СПб., 1887).

Şah islahatlar yolu ilə öz dövlətində Avropa mədəniyətininin bəzi elementlərini bərqərar etməyə çalışırdı. Lakin onun bu təşəbbüslərinin əksəriyyəti yerli əhalinin mentalitetinə uyğun gəlmədiyinə görə uğursuzluqla nəticələndi. Bununla belə, onun səyləri nəticəsində ölkədə ilk teleqraf və Avropa tipli hərbi məktəb təsis olundu.

Fransadan dəvət olunmuş hərbi təlimatçının köməyi ilə ortaəsr xarakterli qacar qoşunu müasir tipli və kifayət qədər nizamlı orduya çevrildi. Tehranda fransız məktəbi açıldı. Həmin məktəbdə tarix, coğrafiya, kimya, tibb və başqa fənlər Avropa proqramlarına uyğun tədris olunurdu.

Qacarlar sülaləsinin dördüncü nümayəndəsi Nəsrəddin şah 1848-ci ildən 1898-ci ilə qədər hakimiyyətdə qalaraq ölkəni 40 il idarə etdi.

Nəsrəddin şahın ölkəni avropalaşdırmaq cəhdlərində qəribə məqamlar da var idi. 1878-ci ildə o, Rusiyanın Odessa şəhərini ziyarət edir və orada balet tamaşasına baxır. Balerinaların ayaqlarının gözəlliyinə və onların geyimlərinə valeh olan şah, İrana qayıdandan sonra öz arvadlarına, cariyə və xadimələrinə balerinasayağı qeyinməyi əmr edir. Məhz ondan sonra ölkənin kübar cəmiyyətində qısa ətəklər dəbə düşür.

Şahın sevimli peşələrindən biri də fotoqrafiya idi. Gənclik illərində fotoqrafiyaya maraq göstərən şah hakimiyyətə gələndən sonra, öz sarayında fotostudiya təsis edir və milliyətcə erməni olan rusilalı fotoqraf Anton Sevryuqini fotoqrafiya üzrə təlimatçı təyin edir.

İranda çalışan Rusıyalı diplomatın oğlu Anton Sevryuqin 1870-ci illərdə Tehranda fotoatelye açır. Sonra o, Nəsrəddin şahın saray fotoqrafı təyin edilir və yüzlərlə foto çekərək, Qacar dövlətinin fotosalnaməsini yaradır.

Aşağıda Sevryuginin Nəsrəddin şahın sarayında və hərəmxanasında çəkdiyi bəzi fotolar təqdim edilir. Bu fotolar A.Sevryuqinin müasir İranda dəfələrlə nəşr olunmuş fotoalbunda da yer alıb.

Mənbə: Kulturoloqiya

image 1

image 1

image 1