image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

GÜLŞİFTƏ FƏRAHANİ: "YAŞASIN AZƏRBAYCAN!"

21 Avqust, 2018 | Müəllif: admin
Golshifteh Farahani

Müasir Qərb kinematoqrafının tanınmış simalarından biri, hal-hazırda Fransada yaşayan 1983 təvəllüdlü Gülşiftə Fərahani (Golshifteh Farahani) çoxsaylı beynəlxalq və İran mükafatlarının sahibidir. O, rejissör Behzad Fərahaninin qızı, aktrisa Şəqayiq Fərahaninin bacısıdır. Onun uzaq əcdadları Tehrana Mərkəzi Ostanın türkmənşəli Dəyirmançı kəndindən köçmüşlər.

Rejissör ailəsində doğulmuş Fərahani, artıq altı yaşından teatrda oynamağa başlamış, 14 yaşında isə ilk filmində çəkilmiş və dərhal Tehranın "Fəcr" festivalında ən yaxşı aktrisa adını qazanmışdır.

Sonra o, daha 25 filmdə çəkilmiş və bu filmlərin çoxsu müxtəlif festivallarda mükafatlar qazanmışdır. Fərahanin "Sükut Daşı" (Patience Stone, 2012) filmində oynadığı rol ona dünya şöhrəti gətirdi, "Santuri" filmində yaratdığı qadın obrazı isə onu daha da məşhurlaşdırdı.

Son iki ildə aşağıdakı filmlərdə çəkilib: "Altamira" ispan filmində Konçita rolu (2016), "Paterson" ABŞ dramatik filmində Laura (Lora) rolu (2016), "Sofiyanın uğursuzluqları" Fransa filmində Madame de Réan rolu (2016); "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" ABŞ macara filmində Şansa rolu (2017), "Tərsinə" ABŞ komediyasında rol (2017); "Paris - zombilər şəhəri" Fransa qorxu (horror) filmində Sara rolu (2018), "Günəşin qızları" Fransa filmində Bahar rolu (2018) və s.

Əsas mükafatları: Ən yaxşı aktrisa ("Fəcr" Beynəlxalq film festivalı, İran. "Armud ağacı" filmi, 1997); Ən yaxşı aktrisa ("Stony Brook Film" Festivalı, ABŞ. "Mənim şirin bibər ölkəm" filmi, 2014); Ən perspektivli aktrisa (Sezar mükafatı, Fransa. "Sükut daşı" filmi, 2014); Ən yaxşı aktrisa ("International Online Cinema" mükafatı (INOCA). "Darbareye-Elly" ("Elli haqqında") filmi, 2015; İkinci planın ən yaxşı aktrisası (Klotrudis mükafatı, ABŞ. "Paterson" filmi, 2016); Ən perspektivli aktrisa (Lümyer mükafatı, Fransa. "Les Deux Amis" - "İki dost" filmi, 2016) və s.

İranda yaşadığı zaman Gülşiftə Fərahani 2-ci Tehran rok festivalının mükafatını qazanmış "Kuç Nəşin" ("Köçərilər") rok qrupunun üzvü idi. İranı tərk etdikdən sonra Fərahani musiqi sahəsəsində fəaliyyətini dayandırmadı və iranmənşəli musiqiçi Mohsen Namcu ilə birlikdə "Oy" musiqi albomunu hazırlayıb Parisdə nəşr etdirdi.

Kinematoqrafda çalışmaqla bərabər, Fərahani həm də təbiət mühafizəsi hərəkatının fəal üzvüdür.

İrandan mühacirət etməyə məcbur olan Fərahani hal-hazırda Parisdə yaşayır.

Aşağıdakı klipdə Fərahani "yaşasın Azərbaycan!" deyir və Azərbaycan mahnılarından parçalar oxuyur.