image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

Fərid Ələkbərli

TÜRK DÜNYASININ İLK TÜRKDİLLİ KULİNARİYA ENSİKLOPEDİYASI.

11 September, 2018 | Müəllif: admin
Medieval Kitchen.

Türk dilində ilk irihəcmli kulinariya kitabı XV əsrdə Şirvanlı Məhəmməd İbn Mahmud (1375-1450 гг) tərəfindən yazılmışdır. Əslən Azərbaycanın Sirvan bölgəsindən olan Məhəmməd ibn Mahmud Şirvani II sultan Muradın saray həkimi, "Osmanlının ən məşhur təbibi", türk və ərəb dillərində onlarca məşhur əsərin müəllifi kimi tanınır.

Şirvaninin kitabından əvvəl Osmanlıda ən məshur kulinariya əsəri Məhəmməd əl-Bağdadinin 1226-cı ildə ərəbcə yazdığı "Kitabüt-tabih" kitabı idi. Şirvani bu əsəri ərəbcədən türkcəyə tərcümə edərək, oraya çoxsaylı yeni xörəkləri, o cümlədən Şirvanda və Osmanlı dövlətində hazırlanan yeməklərin reseptlərini əlavə etdi. Beləliklə də türk dilində ilk əhatəli kulinariya ensiklopediyası yarandı.

Mətni müşaiyyət edən orta əsr miniatürlərində yeməklərin hazırlanma, paylama və satış prosesini göstərilir. Məhəmməd ibn Mahmudun əsərindən bir resept:

ŞİRİN ƏT (İki nəfərlik). 2 parça quzu boynu; 2 baş soğan; 3 yemək qaşığı kərəyağı; 2 yemək qaşığı üzüm bəkməzi; yarım çay qaşığı yenibahar (ədviyyədir, hal-hazırda yamayka bibəri kimi də tanınır - red.); yarım çay qaşığı darçın; 1 çay qaşığı qara biber; 1 çay qaşığı duz.

Quzu boyunlarını kərə yağında yaxşıca qızardıb, ayrıca bir qaba qoyurlar, sonra da həmin yağda xırda doğranmış soganı qızardırlar. Qızarmış boyunların üzərinə qovurulmuş soğanı yağı ilə birlikdə əlavə edirlər. Boyunların üstünü örtəcək qədər su əlavə edərək, duz və qara bibər də qatırlar. Sonra iki yemək qaşığı üzüm bəkməzini əlavə edib, 30-40 dəqiqə qaynadırlar. Hazır olan boyunların üzərinə yenibahar və darçın səpib onları süfrəyə qoyurlar.